Tanınmış hakim: “İddialar qərəzdən başqa bir şey deyil”


“Bu günədək ölkəmiz bir sıra mədəni, siyasi tədbirlərə, eləcə də müxtəlif idman yarışlarına ev sahibliyi edib. Həmin tədbirlərin hər birinin təhlükəsizliyi yüksək şəkildə təmin olunub, hər şey yüksək peşəkarlıq səviyyəsində baş tutub. Şübhəsiz, UEFA Avropa Liqasının may ayının 29-da Bakının möhtəşəm Olimpiya Stadionunda keçirəcək final oyunu da bir tarixi hadisə kimi yaddaşlara həkk olacaq. Bununla da Bakı belə tədbirlərin təşkilində nələrə qadir olduğunu bird aha dünyaya bəyan edəcək”. Bu fikirləri Əməkdar bədən tərbiyəsi və idman xadimi, tanınmış hakim Rüstəm Rəhimov saytımıza açıqlamasında söylədi.

Bildirdi ki, amma bütün bunları
həzm edə bilməyən, daha doğrusu, erməni diasporu və onların havadarları
öz adətlərinə uyğun olaraq, bu idman hadisəsi fonunda ölkəmizə qarşı məkrli
kampaniya aparırlar: “Onlar beynəlxalq ictimaiyyətdə belə rəy formalaşdırmağa
çalışırlar ki, UEFA Avropa Liqasının finalı kimi mühüm idman tədbirinin Bakıda keçirilməsi
düzgün deyilmiş. Bunu da onunla əsaslandırmağa çalışırlar ki, guya Azərbaycanda
insan haqları və s. sahələrdə problemlər yaşanır. Üstəlik, iddia edirlər ki, guya viza rejimi problemlər yaradır,
uçuş biletlərinin, eləcə də otellərin qiymətləri bahadır. Halbuki ölkəmizdə hər
bir xarici vətəndaşın çox asan şəkildə viza almasına şərait yaradılıb. Hazırda
AZAL-ın təklif etdiyi qiymətlər mövcud beynəlxalq qiymətlərdən daha aşağıdır.
Bu sözləri elə otellərimiz haqqında da demək olar. Ümumiyyətlə, ölkəmiz son illər
daha çox uğurlar imza atıb ki, həmin uğurların da təməlində siyasi sabitlik
dayanır”.

R. Rəhimov, həmçinin
qeyd etdi ki, “Arsenal” klubunun oyunçusu erməni əsilli Genrix Mxitaryanın
məsələsi də çox şişirdilir: “Halbuki G. Mxitaryanın komandasının tərkibində ölkəmizə
gəlməsində heç bir problem yoxdur və ən yüksək təhlükəsizlik zəmanəti verilib.
Yeri gəlmişkən, onu da deyim ki, əvvəllər də erməni idmançılar ölkəmizə gəliblər
və heç bir insident, xoşagəlməz hal qeydə alınmayıb. Hətta Birinci
Avropa Oyunlarında fəxri kürsüdə yer alan ermənistanlı idmançıya mükafatı  dövlətimizin başçısı İlham Əliyev təqdim edib”.

Müsahibimiz bildirdi ki, irəli sürülən bu və digər iddiaları dərindən analiz
edəndə bir daha belə qənaətə gəlmək olur ki, ayrı-ayrı dairələrin səsləndirdkləri
fikirlər qərəzdən başqa bir şey deyil: “Azərbaycanda
beynəlxalq yarış və tədbirlərin yüksək səviyyədə keçirilməsi, həmin tədbirlərin
bütün dünyada müsbət əks-səda doğurması ermənipərəst dairələri yaman narahat
edir. Odur ki, onlar Avropa Liqasının final oyunu ərəfəsində
də bu cür kampaniyalarla ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədi
güdürlər. Bir də belə addımlar ilk dəfə deyil ki, ölkəmizə qarşı atılır. Yəni
biz  müəyyən anti-Azərbaycan dairələrin
mühüm tədbirlər ərəfəsində ölkəmizə qarşı belə qərəzli kampaniyalar təşkil etməsinin
dəfələrlə şahidi olmuşuq. Əminəm ki, bu dəfə də həmin
dairələr məqsədlərinə çata bilməyəcəklər, necə deyərlər niyyətləri gözlərində
qalacaq”.

Futbol həvəskarları təkcə oyunun özündən deyil, həm
də gözəl Bakımızdan zövq alacaqlarını əminlikli vurğulayan tanınmış idmançı
daha sonra bildirdi ki, bu günlərdə UEFA-nın rəsmi saytı respublikamız, eləcə də
paytaxtımızla bağlı diqqətçəkən bir yazı ilə çıxış edib: “Həmin məqalədə Bakı
dünyanın ən təhlükəsiz və gözəl şəhərlərindən biri olduğu xüsusi vurğulanıb. Daha
sonra Azərbaycan paytaxtında 17 yaşlı gənclər, eləcə də qızlar arasında futbol
üzrə Dünya Çempionatının keçirildiyi qeyd olunub. Həmçinin bildirilib ki,
2020-ci ildə Avropa Çempionatının final mərhələsinin bir neçə oyunu da burada
keçiriləcək”.

R.
Rəhimov “Liverpul”un məşqçisi Yurgen Kloppun  Avropa Liqasının
finalının Bakıda keçirilməsi ilə bağlı xoşagəlməz bəyanatına da münasibət
bildirdi: “Almaniyalı mütəxəssisin dedikləri məni mütəəssir
etdi. Görünür, onu da ələ almağı bacarıblar. Amma ümid edirəm final oyunundan
sonra Yurgen Klopp dediklərini korrektə edəcək”.

Qvami
Məhəbbətoğlu


Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*