Serbiya millimizə “5” verdi


İyunun 11-də futbol üzrə Azərbaycan millisi “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində “Bakcell Arena”da Slovakiya yığmasını qəbul edib. Oyun qonaqların 1:5 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesab 8-ci dəqiqədə açılıb. Qonaqların heyətində Stanislav Lobotka komandasını önə keçirib. 27-ci dəqiqədə isə Yuray Kuçka cərimə zərbəsindən baxımlı qola imza atıb. Matçın 29-cu dəqiqəsində Ramil Şeydayev fərqlənməklə Azərbaycan millisini ümidləndirib. Qoldan bir dəqiqə sonra Slovakiyanın kapitanı Marek Hamşik fərqi yenidən artırıb. İlk hissə bu hesabla da başa çatıb. 57-ci dəqiqədə Hamşik özünün ikinci komandasının 4-cü qolunu vurub. Bu da matçdakı sonuncu qol olmayıb. 85-ci dəqiqə David Hançko Azərbaycan millisini 5-ci dəfə məyus edib.

Azərbaycan – Slovakiya oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

Pavel Hapel (Slovakiya milli komandasının baş məşqçisi): “İlk dəqiqədən sona qədər yaxşı oynadıq. Qol buraxsaq da, fərqlənmək üçün şanslarımız kifayət qədər oldu və yekunda qələbə qazandıq. Hesabdan və oyundan razı qaldım. Azərbaycan millisinin zəif oynadığını deməzdim. Bugünkü oyunda bizim performansımız daha yüksək idi və rəqibə meydanda istədiyini etməyə imkan vermədik.Gələn il final oyununu qəbul edəcək Bakı Olimpiya Stadionunda məşq keçmişik. Həm Bakı, həm də stadionunuz çox gözəldir. Təbii ki, biz buraya növbəti dəfə final mərhələsinin iştirakçısı kimi dönmək istərdik”. 

Nikola Yurçeviç (Azərbaycan milli komandasının baş məşqçisi): “Bu nəticədən sonra nəsə demək çətindi. Amma oyunu qısa da olsa təhlil edəcəm. Qarşılaşmaya yaxşı başladıq, kombinasiya qurmağa, topa sahib olmağa çalışdıq. Matçın gedişində Araz Abdullayevin hesabı 2:3 etmək üçün imkanı oldu. Əlbəttə, pis nəticədi. Dördüncü qola qədər müəyyən şanslarımız oldu. Ancaq həmin qoldan sonra nəyisə dəyişmək çox çətin idi. Böyükhesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyirik. Növbəti oyunlarda daha yaxşı çıxış edəcəyimizə ümid edirik”.

Qeyd edək ki, hazırda E qrupuna iki oyundan 6 xal toplayan Macarıstan, Xorvatiya və Slovakiya milliləri başçılıq edir.

Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə “Avro 2020”nin final mərhələsinin görüşləri 12 şəhərdə keçiriləcək. Çempionatın qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir görüşü Bakıda oynanılacaq.


Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*