“Qarabağ” yeni mövsümə qələbə ilə başladı


Dünən Azərbaycan Premyer Liqasında 2019-2020 mövsümü – 28-ci ölkə çempionatı start götürüb. 

Mövsümün açılış matçı “Dalğa Arena”da olub. “Qarabağ” səfərdə “Keşlə”nin qonağı olub. Komanda 1:0 hesabıyla qalib gəlib, yeganə qolu müəllifi isə İsmayıl İbrahimli olub. 
İlk turda keçiriləcək “Qəbələ” – “Sumqayıt” matçı avqustun 17-də, “Səbail” – “Zirə” görüşü avqustun 18-də, “Neftçi” – “Sabah” oyunu isə avqustun 19-da olacaq.
 

16 avqust (cümə)

Azərbaycan Premyer Liqası, I tur

19:00. “Keşlə” – “Qarabağ” – 0:1 
Qol: 
İsmayıl İbrahimli, 78
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov, Etibar Həsənov
“Dalğa Arena” 


Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*