“Neftçi” qalib gəldi, “Səbail” isə…


Avropa Liqasında ölkəmizi təmsil edən “Neftçi” bu
gün mübarizəyə başlayıb.
Roberto Bordinin komandası 1-ci təsnifat mərhələsinin 
ilk oyununda Moldovanın “Sperantsa” klubunun qonağı olub. Bir neçə ildir
Avroliqada uğursuz çıxış edən paytaxt təmsilçisi turnirə əla start verib.
“Ağ-qaralar” səfər oyunundan 3:0 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı
iyulun 18-də Bakıda keçiriləcək. Mərhələni adlayan tərəf Rusiyanın
“Arsenal” (Tula) klubu ilə qaşılaşacaq.

Topaz Premyer Liqasının bürünc mükafatçısı “Səbail” isə avrokuboklarda debüt matçına evdə çıxıb. Bakı klubu
Rumıniyanın “Universitatya Krayova” klubu ilə üz-üzə gəlib. Aftandil Hacıyevin
yetirmələri güclü rəqibi ilə bacarmayıb. 

Oyun qonaqların üstünlüyü ilə start götürüb. Bu səbəbdən
ilk qol da Krayova təmsilçisindən gəlib. Matçın 13-cü dəqiqəsində Aleksandru
Mateyu stadiona toplaşan azarkeşləri məyus edib. Ardınca Ağabala Ramazanov
komandamızı ümidləndirib – 1:1. Lakin ikinci hissə “Səbail” üçün
uğursuz alınıb. Paytaxt klubu Nikuşor Banku və Mixay Romanın qollarına mane ola
bilməyib – 1:3. Görüşdə son nöqtəni isə Ağabala Ramazanov qoyub. O, özünün və
komandamızın ikinci qolunu vursa da, meydanı “Universitatya Krayova” qələbə ilə
tərk edib – 3:2.

Bununla da, “Səbail” işini çətinə salıb.
Komandalar cavab oyununu iyulun 18-də keçirəcəklər.


Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*