Minsk-2019: Azərbaycan 26-cı pillədə qərarlaşıb


Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında beşinci günə yekun vurulub.

İyunun 25-də səkkiz dəst medal sahibini tapıb.

Azərbaycan yığması günü medalsız başa vurub. Ümumilikdə isə komandamızın hesabında 11 medal var. Təmsilçilərimiz 4 gümüş və 7 bürünc mükafat qazanıblar.

Yarışın arxada qalan ilk yarısında 84 dəst medal sahibini tapıb. Rusiya millisi mükafat sayında mütləq liderdir. Belarus ikinci, Gürcüstan üçüncü sırada yer alıb.

Azərbaycan yığması 35 ölkənin medal qazandığı yarışda 26-cıdır. Ölkəmizi qabaqlayan 25 millinin hesabında qızıl mükafat var.

 Yer  Ölkə  Qızıl   Gümüş   Bürünc   Cəmi 
1 Rusiya 24 13 16 53
2 Belarus 14 9 18 41
3 Gürcüstan 6 5 9 20
4 Ukrayna 5 8 6 19
5 İtaliya 5 4 3 12
6 Fransa 5 0 7 12
7 İsrail 3 3 0 6
8 Belçika 3 1 1 5
9 İsveçrə 2 1 0 3
10 Sloveniya 2 0 1 3
11 Hollandiya 1 6 2 9
12 Bolqarıstan 1 5 4 10
13 Portuqaliya 1 4 4 9
14 Çexiya 1 2 4 7
14 Rumıniya 1 2 4 7
16 Böyük Britaniya 1 2 3 6
17 İspaniya 1 1 4 6
18 Serbiya 1 1 2 4
19 Ermənistan 1 1 1 3
19 Kosovo 1 1 1 3
21 Almaniya 1 0 3 4
22 Türkiyə 1 0 2 3
23 Xorvatiya 1 0 1 2
23 İsveç 1 0 1 2
25 Polşa 1 0 0 1
26 Azərbaycan 0 4 7 11
27 Latviya 0 3 2 5
28 Yunanıstan 0 2 3 5
29 Estoniya 0 2 0 2
30 Avstriya 0 1 3 4
31 Moldova 0 1 2 3
32 Bosniya və Herseqovina  0 1 0 1
32 Slovakiya 0 1 0 1
34 Macarıstan 0 0 2 2
35 Danimarka 0 0 1 1
  Cəmi 84 84 117 285

 APA


Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*