Mingəçevirdə polietilen paketlərə “yox” deyirlər


Mingəçevirdə  “Polietilen
paketlərə yox deyək”  adlı ekoloji aksiya
keçirilib. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsini  Mingəçevir şəhər İcra Hakimiyyəti ilə birgə həyata
keçirdiyi aksiya əhalinin sıx hərəkətdə olduğu alış-veriş məkanlarında gerçəkləşdirilib.
Tədbirdə Mingəçevir  Dövlət Universiteti
tələbələrindən ibarət  gənc könüllü
ekoloqlar  da fəal şəkildə iştirak ediblər.

“Polietilen paketlərə yox deyək” aksiyası maarifləndirmə xarakteri daşıyıb. Aksiya zamanı könüllülər və  ekoloq mütəxəssislər  alış-veriş edən  vətəndaşlara yaxınlaşaraq  politelen paket və qabların ekoloji cəhətdən zərərləri barədə məlumatlar çatdırıb və  alıcılara xüsusi olaraq  aksiya üçün hazırlanan parça paketlər hədiyyə ediblər. Tədbir çərçivəsində şəhər sakinlərinə 1000-dən çox  aksiya şüarları əks olunmuş  paketlər və geyimlər paylanılıb.

8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən verilən məlumata
əsasən, aksiya növbəti günlərdə diqqət çəkən digər məkanlarda da etdiriləcək. Əsas
məqsəd insanların ekoloji cəhətdən zərərli vasitələrdən uzaqlaşdıraraq daha əlverişli
və zərərsiz  məhsullsrdan istifadə etməsinə
nail olmaqdır.

Məlumata görə aksiya təşkilatçıları ictimaiyyətin diqqətini bu vacib problemə yönəltməyə nail olublar. Qeyd edək ki, hər il dünyada təxminən 1 trilyon plastik paket istehsal olunur. Ekoloqların hesablamalarına görə, plastik kütlə yalnız 400 ildən sonra tamamilə çürüyüb yox olur. Hər il minlərlə heyvan və balıq polietilen paketləri udaraq məhv olur.

Esmira Hidayətova, Mingəçevir.


Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*