Mingəçevir Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi uşaqları sevindirməkdə davam edir


Mingəçevir Mənzil Təsərrüfatı 
və Abadlaşdırma  İdarəsinin
tabeçiliyində olan MİS-lərin ərazilərində yaşayan yeniyetmələrin yay mövsümündə
asudə vaxtlarının səmərəli təşkili məqsədilə Mingəçevir Tarix muzeyinə
ekskursiya təşkil edilib. Burada uşaqlara Mingəçevirin tarixi, qədim abidə və
eksponatları barədə geniş məlumat verilib.

Sonra muzeyin akt zalında “Sağlam gələcəyimiz”adlı tədbir keçirilib. Tədbir ulu öndər Heydər Əliyevin 1999-cu il 29 iyul tarixli “Dövlət gənclər siyasəti ilə bağlı gənclərin maarifləndirilməsi”nə həsr olunub. Tədbirdə muzeyin direktoru Nofər Məmmədəliyev, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının yanında Yetkinlik Yaşına Çatmayanların İşi üzrə Komissiyanın məsul katibi Tərlan Əliyeva, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin baş tərbiyəçi müəllimi Günel Həsənova çıxış edərək gənclərə öz tövsiyələrini veriblər.

Qeyd edək ki, belə ekskursiyalar uşaqların yay mövsümündə  asudə vaxtlarının səmərəli keçirməsində çox böyük rol oynayır.

Xatırladaq ki, bir neçə gün öncə Mingəçevir Mənzil Təsərrüfatı  və Abadlaşdırma  İdarəsi tabeçiliyində olan MİS-lərin ərazilərində yaşayan yeniyetmələrin yay mövsümündə asudə vaxtlarının səmərəli təşkili məqsədilə rəsm sərgisi də təşkil etmişdi.

Esmira Hidayətova, Mingəçevir


Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*