İlham Əliyev Qazaxıstanın yeni prezidentini təbrik edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir: 

“Hörmətli Kasım-Jomart Kemeleviç, 

Qazaxıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan-Qazaxıstan münasibətləri xalqlarımızın ortaq tarixi, milli-mənəvi köklərindən qaynaqlanır. İnanıram ki, belə möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlərimizin və strateji tərəfdaşlığımızın bundan sonra da inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.

Qeyd edək ki, iyunun 9-da Qazaxıstanda növbədənkənar
prezident seçkiləri  keçirilib. Qazaxıstan
Mərkəzi Seçki Komissiyasının sədr müavini Konstantin Petrov deyib ki, prezident
Kasım-Comart Tokayev seçkilərdə qələbə qazanıb. O, 70,76 faiz səs toplayıb.Digər
namizədlərdən Daniya Yespayeva 5,2 faiz, Amircan Kosanov 16,2 faiz səs yığıb.


Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*