İcra başçısı: ”Mingəçevirdə 2-ci Sənaye Parkının tikintisinə başlanılacaq”


Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə
növbəti səyyar görüş keçirib. Şəhərin 1 nömrəli orta  məktəbinin akt zalında 127-ci məhəllənin
sakinləri ilə keçirilən görüşdə Prezident Administrasiyasının məsul işçisi Vəfadar
Bağırov, şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri və sakinlər iştirak
ediblər.

Əvvəlcə icra başçısı bu günə qədər şəhərdə keçirilən səyyar görüşlərin
nəticələri ilə bağlı məlumat verib. Bildirib ki ,Prezident İlham Əliyevin
tapşırıq və tövsiyələri əsasında sakinlərlə mütəmadi olaraq görüşlər keçirilir,
onları narahat edən problemlər dinlənilir və aidiyyatı qurumlar vasitəsi ilə
araşdırılaraq müəyyən tədbirlər həyata keçirilir. Başçı qeyd etdi ki, qaldırılan
hər bir məsələ videokamera ilə çəkilərək birbaşa Prezident administrasiyasına
göndərilir.

İlham İsmayılov əminliklə vurğulayıb ki, bu kimi görüşlər davam edəcək, Mingəçevirdə həlli vacib məsələlər öz həllini tapacaq, görülən quruculuq, abadlıq işləri davamlı olacaq, abadlaşmayan məhəllə qalmayacaq. “Mingəçevirliləri narahat edən əsas iş yerləri ilə bağlıdır”  deyən başçı qeyd edib ki, bununla bağlı şəhərdə Sənaye Parkı istifadəyə verilib və orada 700 mingəçevirli işlə təmin olunub. Gələn aydan Mingəçevirdə ikinci Sənaye Parkının tikintisinə başlanılacaq və burada 165 nəfər mingəçevirli işlə təmin olunacaq.

Daha sonra sakinlər onları narahat edən problemlərdən söz açıblar. Başçı onları narahat edən hər bir problemin öz həllini tapacağını vurğulayıb.

Esmira Hidayətova,Mingəçevir.


Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*