“Eurovision 2019”un ilk 10 finalçısı müəyyənləşib


İsrailin Tel-Əviv şəhərinin “Ekspo Tel-Əviv” arenasında 64-cü
“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçirilib.

Beynəlxalq mahnı müsabiqəsinin aparıcıları supermodel Bar Rafaeli, teleaparıcılar Erez Tal, Assi Azar və aktrisa Lüsi Ayub olublar.

Müsabiqəni “Toy” mahnısı ilə “Eurovision 2018” un qalibi Netta Barzilay açıb.

Birinci yarımfinalda 17 ölkənin nümayəndələri çıxış edib: Kipr, Monteneqro, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estoniya, Portuqaliya, Yunanıstan, San-Marino.

Birinci yarımfinalda çıxış edənlərdən yalnız 10-u finala yüksələ bilib: Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya.

Qeyd edək ki, ikinci yarımfinal mayın 16-ı, final isə mayın 18-i keçiriləcək. Azərbaycanı təmsil edən Çingiz Mustafayev “Truth” mahnısı ilə mayın 16-sı çıxış edəcək.


Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*