14 saylı məktəbdə Beynəlxalq Ailə Günü qeyd olunub


15 may – Beynəlxalq
Ailə Günü münasibətilə Mingəçevir İcra Hakimiyyəti ilə  şəhərin 14 saylı məktəbi  birgə 
tədbir keçirib.

Tədbirdə  Mingəçevir Şəhər İcra Hakimiyyəti
Yetkinlik yaşına çatmayanların işləri və hüquqları müdafiəsi üzrə kommisiyanın
məsul katibi Tərlan Əliyeva da  iştirak
edib.

Tədbirin
aparıcısı Mingəçevir 14 saylı məktəbin 
psixoloqu   qeyd edib  ki, ailə ümumbəşəri prinsiplər əsasında, kişi
və qadının könüllü nikah ittifaqı, qarşılıqlı məhəbbəti, dostluğu, hörmət
hissləri əsasında formalaşır. Ailə cəmiyyətin dayağıdır.

Daha
sonra psixoloq bilirib ki, bu tədbiri keçirməkdə əsas məqsəd şagirdlərin dünyagörüşü,
mənəvi düşüncələri, ailəyə olan münasibətləri ilə bağlı və eyni zamanda valideynlə
övlad arasında nünasibətlərin düzgün qurulması ilə bağlı maarifləndirici
söhbətlər aparmaqdır. Tədbirdə bu günə qədər məktəbdə keçirilən tədbirlər video
rolik vasitəsi ilə nümayiş olunub. Şagirdlər arasında keçirilən anonim sorğunu
da valideynlər də izləyib.  Nəticələr
valideynlərə izah olunub.

Ailə günü ilə bağlı məktəbdə keçirilən “Mənim ailəm” adlı  rəsm müsabiqəsinin qaliblərinə (müsabiqədə iştirak edən şagirdlərin hamsı qalib idi) mükafatlar təqdim olunub. Məktəbdə qəyyum uşaqlara hədiyyələr təqdim olunub.

Tədbir
şən musiqi sədaları alında davam edib.

Esmira
Hidayətova, Mingəçevir


Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*